"Özümü "Neftçi"nin əsas heyətində oynamağa hazır sayıram"MÜSAHİBƏ

15:40 - 24 Dekabr 2013

Elşən Abdullayev:"Xəzər Lənkəran"la oyun ən çox heyfsləndiyimiz oyun idi"
 
"Sumqayıt"ın gənc futbolçusu Elşən Abdullayevin Sportal.az-a müsahibəsi:
 
- Çempionatın sonuncu turunda “Xəzər Lənkəran”a məğlub oldunuz..
- Ən çox heyfsləndiyimiz oyunlardan biri idi. Maraqlı oyun alındı, ilk hissədə öz səhvlərimizdən lazımsız qollar buraxdıq. Hesab 4:1 olandan sonra oyundan dönüş yaratmaq istədik, bunu hər komanda bacarmaz, amma təəssüflər olsun ki, bir qolumuz çatmadı.
 
- Bəlkə məğlubiyyətin əsas səbəblərindən biri də komandada yetəri sayda futbolçunun olmaması idi. Çünki Lənkərana cəmi 14 nəfərlə yollanmışdınız..
- Əlbəttə, diqqət yetirsəniz komandada neçə əsas futbolçumuzun olmamasının şahidi olarsınız. Ehtiyyat skamyamızda cəmi üç futbolçu var idi, bunlardan biri də qapıçı idi.
 
- Artıq çempionatda 18 tur geridə qaldı. Komandan üçün necə keçdi geridə qalan müddət?
- Məncə, çox pis. Komanda gənc futbolçulardan ibarətdir, meydançada canımızı qoyub vuruşurduq. Ancaq təcrübə baxımından futbolçularımız geri qalırdı. Ancaq komanda sonuncu pillədə olmağa layiq deyildi.
 
- “Xəzər Lənkəran”la oyunda bu mövsüm “Sumqayıt” forması ilə son oyununa çıxmışdın, deyə bilərik?
- Bəlkə də, çünki biz təlim-məşq toplanışını “Neftçi” ilə keçəcəyik. Ancaq 100 faiz deyə bilmərəm.
 
- Özünü “Neftçi”nin əsas heyətində oynamağa hazır sayırsan?
- Bəli, “Sumqayıt”da yetərincə təcrübə yığdığıma inanıram.
 
Yusif HÜSEYN

Xəbər xətti