Elnur Allahverdiyev:"Mənim üçün maddiyətdən önəmli futbol oynamağımdır"
"Xəzər Lənkəran" mövsümün əvvəlində millimizin üzvü Elnur Allahverdiyevi "Qəbələ"yə icarəyə göndərmişdi.
Hazırda futbolçunun yenidən "Xəzər Lənkəran"a qayıdacağı gündəmə gəlib. Millimizin aparıcı üzvü gəzən söhbətlərə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Xəzər Lənkəran"a geri qayıdacağım hələlik dəqiq bilinmir. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. 6 ay icarə əsasında "Qəbələ"də oynadım, onlar mənə dəstək oldular. Belə baxanda "Xəzər Lənkəran"dan çıxanda qışa kimi futbolsuz qalmalıydım. Belə olsaydı, kim mənə yiyə durardı. Düzdü, həmin anda başqa təkliflər olar bilərdi. Mənim üçün maddiyətdən önəmli futbol oynamağımdır. Hələ geri dönməyimlə bağlı qərarımı verməmişəm. "Qəbələ"yə kişi kimi gəlmişəm, kişi kimi də getməliyəm. İndiki halda "Qəbələ"ni yarı yolda qoymaq istəmirəm. Ancaq "Xəzər Lənkəran" da mənə doğmadır. Ən gözəl illərimi orada keçirmişəm. Ona görə, qərar verməkdə çətinlik çəkirəm".
saytlarin hazirlanmasi