Polad Nəbizadə: "Şahin Diniyev də "Rəvan"da bəzi dəyişikliklər etməlidir"
Premyer Liqanın ilk dövrasi artıq başa çatıb, komandalar da istirahətə yollanıblar. Qarşıdakı bir ay ərzində elita təmsilçilərinin məqsədi yaranmış boşluqları doldurmaq və heyəti gücləndirmək yönündə olacaq. Bir sözlə qarşıya qoyulan məqsədə çatmaq üçün komandalar qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışacaqlar. Sözsüz ki, geridə qalan 18 turda legioner futbolçulardan hansılar özünü doğrulda bildi və qarşıdakı qış fasiləsində hansı komandanın daha çox güclənməsinə ehtiyacı var? Bununla bağlı Sportal.az futbol menecerlərinin fikirlərini öyrənib. Polad Nəbizadə seleksiya işlərini belə qiymətləndirib:
"Bu il "Qarabağ"ın etdiyi transferlər özünü doğrultdu. Mənim üçün Azərbaycan çempionatının ən güclü komandası "Qarabağ"dır. Ola bilsin ki, Gelaşvili hələ komandaya tam uyğunlaşmayıb, amma baxırsan ki, nəsə eləmək istəyir, çalışır. Qurban Qurbanov da ona şans verir və inanıram ki, Gelaşvili öz sözünü deyəcək. Yaxınlarda aldıqları qapıçı İbrahim Sehiç də səviyyəli qapıçıdır.
"Qəbələ"nin transferləri digər illərə baxanda bu il çox yaxşıdır. Subotiç, Da Silva özlərini doğrultdular. Syomin komandanı çox dəyişdi.
"İnter"in etdiyi transferlər barəsində danışmaq istəmirəm. Hamısı bərbad transferlər idi. Mən hesab edirəm ki, Azərbaycanda ən yaxşı futbolu "Qarabağ"la "Qəbələ" oynayır.
Nəbizadə qışda transferin ən çox kimə ehtiyac olduğunu da fikirlərinə əlavə edib:
Qış fasiləsində ən çox transferə "Xəzər Lənkəran"ın ehtiyacı var. Şahin Diniyev də "Rəvan"da bəzi dəyişikliklər etməlidir. AZAL nə etmək istəyir heç özləri də bilmirlər. "Simurq" və AZAL-ın transfer siyasətini heç vaxt başa düşməmişəm. Çixradze gələndən sonra isə "Simurq"da yaxşıya doğru dəyişikliklər oldu. Zaqatala təmsilçisi həmişə liderlərə qarşı gözəl futbol oynayıb.
saytlarin hazirlanmasi