Polyak:"Komanda yaxşı oyun göstərir, mən yox"
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyakın Sportal.az-a müsahibəsi
- İlin son oyununda “Rəvan” üzərində asan qələbə qazandınız..
- Asan oyun olmadı, rəqib heç də zəif deyildi, sadəcə biz yaxşı oyun göstərib üç qol vurduq. Hətta hesab daha böyük ola bilərdi, əlimizdə olan şanslardan istifadə edə bilmədik. Bu oyunda biz “Rəvan”dan çox biz qələbəyə layiq idik.
- Uzun müddət qələbə qazana bilmirdiniz. Son iki oyunda AZAL və “Rəvan”ı böyük hesabla (3:0) məğlub etdiniz. Komandada nə dəyişdi?
- Komandada elə də böyük dəyişiklik olmadı, sadəcə komanda sahib olduğu potensiyalı son iki oyunda meydanda göstərdi. Gec də olsa. Bu alındı.
- Artıq iki dövrə başa çatdı. Geridə qalan 18 tur komanda üçün necə keçdi?
- Pis alınmadı, əsas o idi ki, komanda yaxşı oyun göstərdi. Lazımı xallar qazandıq və fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollandıq.
- Bu mövsümdə komandada ən fəallardan biri də sən idin..
- Mən də çalışıram ki, əlimdən gələnin ən yaxşısını edim. Qol vuranda sevinirəm ki, komandama kömək edə bilirəm. Unutmayaq ki, koamnda yaxşı oyun göstərir, mən yox.
- Artıq çempionatın yarısı başa çatıb. Komandanın əsas hədəfi nədir?
- Komanda yüksək keyfiyyətli futbolçulardan ibarətdir. Fikirləşirəm ki, qışdan sonra daha yaxşı oyunlar göstərib nəticə əldə edəcəyik. Komanda son iki oyundakı kimi oynamalıdır və sonda hər şey bizdən asılı olacaq.
- Qış fasiləsində “Simurq”dan ayrılmağı düşünmürsən?
- Mənim may ayına kimi müqaviləm var və mən bu müddətdə ancaq “Simurq”un uğurları üçün çalışacam və əlimdən gələnin ən yaxşısını edəcəyəm.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi