Tural Əsgərov: "Bakı"nın arxa və orta xəttinə futbolçu lazımdır"

11:44 - 28 Dekabr 2013

"Qarabağ"la "Qəbələ"nin nəticələri transfer siyasətinin düzgün aparılmasından xəbər verir"
 
Premyer Liqanın ilk dövrasi artıq başa çatıb, komandalar da istirahətə yollanıblar. Qarşıdakı bir ay ərzində elita təmsilçilərinin məqsədi yaranmış boşluqları doldurmaq və heyəti gücləndirmək yönündə olacaq. Bir sözlə qarşıya qoyulan məqsədə çatmaq üçün komandalar qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışacaqlar. Sözsüz ki, geridə qalan 18 turda legioner futbolçulardan hansılar özünü doğrulda bildi və qarşıdakı qış fasiləsində hansı komandanın daha çox güclənməsinə ehtiyacı var? Bununla bağlı Sportal.az futbol menecerlərinin fikirlərini öyrənib. Tural Əsgərov seleksiya işlərini belə qiymətləndirib:
 
 
"Gözlənildiyi kimi hal-hazırda "Qarabağ" və "Qəbələ" etdikləri transferlərə görə çempionatda öz sözlərini dedilər. "Neftçi" haqqında bu sözü deyə bilməyəcəm, çünki Avropada uğursuz çıxış etdilər. Bunun da səbələrindən biri etdikləri transferlərin özünü doğrultmamasıdır. "Simurq" kimi komandalrın məqsədləri Avropada oynamaqdısa, onların transferlərini uğurlu saymaq olmaz. Ancaq məqsədləri çempionatda ortabab yerlərdən birini tutmaqdısa, bunu uğurlu saymaq olar. Birmənalı olaraq "Qarabağ"la "Qəbələ"nin nəticələri transfer siyasətinin düzgün aparılmasından xəbər verir. "
 
Əsgərov qışda daha çox hansı klubun transferə ehtiyacı olduğunu da fikirlərinə əlavə etdi:
 
"Mən hesab edirəm ki, hər bir komandaya həmişə yeni qan lazımdır.Məşqçilər hər zaman ideal transfer barəsində düşünməlidirlər. "Qarabağ", "Qəbələ" və "Neftçi" transfer etməsələr belə çempionluq  şansları olacaq. Bu komandaların heyətləri normaldır.  "Xəzər Lənkəran" mütləq transfer etməlidir. Yerli futbolçulara çox ehtiyac var. "Bakı"nın arxa və orta xətinə futbolçu lazımdır. "Rəvan" güclənməlidir, "Sumqayıt"da ciddi dəyişikliklər olmalıdır.  "İnter"də mərkəz hücumçu problemi olduğu kimi qalıb. Ona görə də "bankirlər" uğur əldə edə bilmir. "

Xəbər xətti