"Hər şey sabah bilinəcək"
Dünən "Beşiktaş" futbolçusu İbrahim Toramanın sərbəst buraxılacağı xəbəri futbolçunun "Xəzər Lənkəran"a gəlişi barədə söz-söhbətlər yaratdı.
Bu məsələni aydınlaşdırmaq üçün klubun baş məşqçisi Mustafa Dənizli ilə əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
"Transferlə bağlı klub rəhbərliyin verdiyi açıqlamalara inanın. İbrahim Toramanın "Xəzər Lənkəran"a transfer olması gündəmimizdə deyil, onun adı siyahımızda yoxdur. Yüz faiz deyə bilərəm ki, o, "XL"-ə gəlməyəcək. Köməkçilərimlə bağlı hər şey sabah bilinəcək"
saytlarin hazirlanmasi