Bilal Abbaszadə:"Bu barədə mənə heç nə deyilməyib"
"Qarabağ"ın gənc futbolçusu Bilal Abbaszadənin Sportal.az-a müsahibəsi
- "Qarabağ"da işlərin necə gedir?
- Şükürlər olsun, hər şey yaxşıdır, qaydasındadır.
- Keçən ilə nisbətən bu mövsüm oyununda sanki geriləmə var. Bunun səbəbi nədir?
- Bu il ciddi zədə almışdım. 1 aydan çox futbolsuz qaldın. Bu da sözsüz ki, oyunuma təsir etdi. Ancaq indi hər şey yaxşıdır, var-gücümlə çalışıram ki, əvvəli formamı geri qaytarım.
- "Qarabağ"ın əsas heyətinə düşmək çətindir. Başqa klubda oynayıb təcrübə yığmaq istəmirsən?
- Gənc futbolçuya ilk növbədə təcrübə lazımdır. Klubda qalmağım və ya başqa kluba icarə əsasında getməyim haqqında qərarı Qurban müəllim (Qurbanov) verir. O, nə vaxt lazım bilsə, onda bu qərar verəcək.
- Bu barədə baş məşqçi ilə söhbətin olub?
- Xeyr, bu barədə heç söhbətimiz olmayıb.
- Ümumiyyətlə, başqa klublardan təklif gəlib?
- Heç bir klubdan təklif gəlməyib.
- Yayda komanda ilə Antalyaya təlim-məşq toplanışına qatılmışdın. Qışda yenə əsas komanda ilə birlikdə olacaqsan?
- Bilmirəm, bu barədə heç nə deyilməyib.
- Bir müddət yığma komandanın da heyətinə qatılmırdın. bunu səbəbi nə idi?
- Axırıncı dəfə milli ilə Avropa çempionatının seçmə mərhələsində iştirak etmişəm. Ondan qabaqkı toplanışda iştirak etmədim , bunun da səbəbi zədəli olmağım idi.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi