Kazım Kazımlı:"Səbəbini mən də bilmirəm"
Dünən "Xəzər Lənkəran" Antalyaya yola düşüb. komanda daha iki futbolçusuna Türkiyəyə aparmaqdan imtina edib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, əsas komandanın gənc üzvləri Kazım Kazımlı və Elvin Mirzazadə bakıdan geri göndərilib. Belə ki, paytaxtda klub rəsmiləri hər iki futbolçuya Türkiyəyə aparılmayacaqlarını söyləyib.
Bu məsələ ilə bağlı Kazım Kazımlının fikirlərini öyrəndik
"Dünən bakıya getdim, orada mənə Türkiyəyə aparrılmayacağımı bildirdilər. Səbəbini mən də bilmirəm. Artıq "Xəzər Lənkəran"dan ayrılmağı düşünürəm. Ölkə xaricindən və bəzi Premyer Liqa klublarından təklif almışam. Hazırda düşünürəm ki, mənim oynayan yaşımdır. Mənim üçün əsas futboldur, digər məsələlər ikinci plandadır".
saytlarin hazirlanmasi