"Komandanın bu yerlərə gəlməsində onun əvəzsiz zəhməti var" MÜSAHİBƏ

11:14 - 7 Yanvar 2014

Dieqo Kosta: "Əsas heyətdə oynamaq üçün özümü hər zaman hazır hiss etmişəm"
 
"Qəbələ"nin braziliyalı qapıçısı Dieqo Kostanın Sportal.az-a müsahibəsi
 
- Bir müddət əvvəl "Qəbələ"nin heyətində ciddi zədə aldın və əməliyyat olunmaq üçün vətənin Braziliyaya üz tutdun. İndi vəziyyətin necədir?
- "Qəbələ" klubunun rəhbərliyi mənə icazə verdi ki, gedim Braziliyada əməliyyat olunum. Əməliyyatım uğurlu keçdim, amma hələ də diz bağlarımda ağrılar hiss edirəm. Fiziki terapiya etməyə başlamışam və bu ağrılardan mümkün qədər tez qurtulmağa çalışıram.
 
- Bəs, komandaya nə vaxt qoşulacaqsan?
- Zədəmin bərpa müddəti 45 gündür, amma iradəmlə bu vaxtı azaldacam. "Qəbələ"nin Antalyadakı təlim-məşq toplanışına qoşula bilməsəm də, inanıram ki, komandam çempioluq üçün yaxşı hazırlıq keçəcək.
 
- "Qəbələ"nin ilk dövrədəki çıxışını necə dəyərləndirirsən?
- Klubda güclü mütəxəssislər çalışır. "Qəbələ"nin bu ilki heyəti Azərbaycan çempionu olmağa layiqdir. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Öz meydanımızda oynayarkən azarkeşlərimiz fantastik dəstəyi bizə daha çox güc verir. Hesab edirəm ki, biz düz yoldayıq və kollektiv şəkildə istədiyimiz uğurları əldə edəcəyik.
 
- Bir ara komandanın heyətində meydana əsas heyətdə çıxmağa başladın, amma daha sonra yerini digər qapıçı Piterçieviçə verdin. Yuri Syominin ümidlərini doğrultmadın?
- Bizim komandada peşəkar insanlar çalışır. Baş məşqçinin qərarına heç vaxt qarışmamışam. Onu qərarlarına hörmətlə yanaşıram. Mən əsas heyətdə oynamaq üçün özümü hər zaman hazır hiss etmişəm.
 
- Yuri Syominlə necə, aranızda nəsə problem var?
- Yox. O, çox səriştəli və təcrübəli məşqçidir. Syomin bizi oyunlara yüksək peşəkarlıqla hazırlayır. Komandanın bu yerlərə gəlməsində onun əvəzsiz payı var.
 
Yusif HÜSEYN

Xəbər xətti