"Qəbələ" Kamran Ağayevlə rəsmən danışıqlara başladı

14:55 - 9 Yanvar 2014

Yuri Syomin qapıçını komandasında görmək istəyir

 

Bir neçə gün öncə "Bakı"nın transferə çıxartdığı millimizin qapıçısı Kamran Ağayevin yeni iş yeri bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" qapıçı ilə rəsmən danışıqlara başlayıb. Yuri Syominin də komandasında görmək istədiyi qapıçı bu transferə isti baxır.

 

Yaxın günlərdə bu transferin reallaşacağı və qapıçı ilə 2 illik müqavilə imzalanacağı bildirilir.

Xəbər xətti