"Bütün bunlar insana psixoloji cəhətdən də təsir edir" MÜSAHİBƏ

13:06 - 10 Yanvar 2014

Şəhriyar Əliyev:" Biz bu qərara nə deyə bilərik ki?"
 
"Bakı"nın mərkəz müdafiçisi Şəhriyar əliyevin Sportal.az-a müsahibəsi:
 
- Komandanız dünən ilk məşqinə çıxdı. Necə keçdi məşqiniz?
- Hər şey yaxşı oldu, əsas toplanış İspaniyada olacaq, bu da bir növ ona hazırlıq idi. Dünən iki dəfə məşq etdik, səhər qaçış oldu, axşam isə topla məşq.
 
- Artıq komandada islahatlar baş verdi: Kamran Ağayev və Mindauqas Kalonas komandadan uzaqlaşdırıldı. Bu barədə nə deyə bilərsən?
- Bunlar baş məşqçinin qərarıdır, biz həmin fubolçuların komandadan niyə getməsini bilmirik, hər ikisi əsas heyət futbolçuları idi. Biz bu qərara nə deyə bilərikki?
 
- Komandanın hazırki durumu barədə nə deyə bilərsən? Toplanışdan sonra nəsə dəyişəcək?
- Bəlkə komandaya yeni futbolçular gəlsin, ola bilsin nə isə dəyişsin, bunların hamısına Pantiç qərar verəcək, indidən nəsə demək çətindir.
 
- Çempionatın son iki oyununda əsas heyətdə meydana çıxdın. Toplanışdan sonra yerini qoruya biləcəksən?
- Yayda ayağım sındı, buna görə, təlim-məşq toplanışına qatıla bilmədim. Zədə zədənin dalınca gəldi, bütün bunlar insana psixoloji cəhətdən də təsir edir. Bu toplanışda çalışacam ki, əvvəlki formamı geeri qaytaracam.
 
- Ümumiyyətlə, bu mövsüm 2-3 dəfə zədələndin. Zədəyəmeyilli futbolçu olduğunu deyə bilərik?
- Keçən mövsüm 37 oyunda oynadım, zədələnmədim. Ancaq bu mövsüm yayda ayağım sındı, hərbçilərin kubokunda, daha sonra millinin oyununda çiynim çıxdı. Artıq olan oldu, keçən keçdi. Kim  istəyər ki, zədə alsın.
 
- Liderlə aranızda 9 xal fərqi var. Bu xal fəqi azaltmaq mümkün ola biləcəkmi? 
- Niyə də yox 9 xal fərqi elə də böyük deyil,  Əsas odur ki, bu toplanışda tam hazırlaşıb ikinci dövrəyə istədiyimiz şəkildə başlayaq. Bu mövsüm ən pis halda avrokuboklara getməliyik.
 
Yusif Hüseyn

Xəbər xətti