Gündüz Abbaszadə: "Hələlik heç nə dəqiqləşməyib"
"Klub prezdentinin iştirakı ilə daxili iclas keçirildi. İclasda komandanın təlim-məşq toplanışına yollanana qədər komandanın yeni baş məşqçisinin adı müəyyənləşməsi müzakirə olundu. Bəzi namizədlər üzərində fikir mübadiləsi etdik. Hələlik heç nə dəqiqləşməyib".
Bu sözləri "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqlamasında bildirib. O, Flavinyonun Nazim Süleymanovun gedişi haqqında verdiyi açıqlamaya da münasibət bildirib:
"Flavinyonun dedikləri onun şəxsi fikirləri idi, futbolçunun işi məşqçinin dediklərini etmək, meydanda futbol oynamaqdır. Futbolçu da komandanın bir parçasıdır. Onun fikrinə hörmətlə yanaşıram. Ancaq onun bu məsələ ilə bağlı açıqlama verməsi peşəkarlığa uyğun deyil".
saytlarin hazirlanmasi