"Bakı" rəsmisindən Böyükağa Hacıyevə ismarıc

18:07 - 14 Yanvar 2014

"Bu peşəkarlıqla yaşayan futbolumuzun niyə yerində saydığını izah etməyə ehtiyac varmı?"
 
"Bakı" klubunun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev sosial şəbəkələrin birində paylaşdığı statusla diqqət mərkəzinə düşüb.
 
Sportal.az xəbər verir ki, bu statusda Mehdiyev "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevə ismarıc göndərib:
 
"Super peşəkarlıq nümunəsi: Böyükağa Hacıyev deyir ki, “Vardan Minasyan “Rubin”nin baş məşqçisi təyin edilsə, Abışov oranı tərk etməlidir“. Bu fikirləri əməkdar məşqçimiz Rusiya yüksək liqasında oynayan yeganə futbolçumuz barədə səsləndirir.
 
Yadıma Ramiz Məmmədovun Qazaxıstanda məqşçilik etdiyi dövrlər düşdü. O zaman mediada belə xəbərlər yayıldı ki, Ramiz müəllim komandada olan erməniləri qovub. Onu az qala milli qəhrəman səviyyəsinə qaldırdılar. Əslində heç belə şey yox idi. Bəzi jurnalistlərimiz bilərəkdən, ya da bilməyərəkdən məşqçiyə "ayı xidməti" göstərdilər. Nəticədə Məmmədov təkzib verərək, üzr istəməli oldu. 
 
İndi isə Hacıyev... Bu təfəkkürlə, bu peşəkarlıqla yaşayan futbolumuzun niyə yerində saydığını izah etməyə ehtiyac varmı?"

Xəbər xətti