Marko: "Dənizli Türkiyənin ən yaxşı iki futbolçusu ilə danışıqlar aparır"

22:22 - 14 Yanvar 2014

"İspaniya və Portuqaliyadan da bəyənilən hücumçular var"

 

"Hal-hazırda "Xəzər Lənkəran"ın oyununa baxmağa gəlmişəm. Bilirsiniz ki, burada oynayan Alvaro Silvanın meneceriyəm. Mustafa Dənizli ilə başqa işlərlə bağlı danışıqlarım olub. Məqsədimiz komandaya güclü futbolçu transfer etməkdir."

 

Bu sözləri Sportal.az-a açıqlamasında Bruma, Roberto Karlos və Alvaro Silva kimi tanınmış futbolçuların meneceri Marko Kırdemir deyib. Kırdemir yaxın günlərdə komandaya güclü forvedin alınacağını fikirlərinə əlavə etdi:

 

"Mustafa Dənizli komandaya güclü pleymeyker istəyir. Ən yaxşısını istəyir. Bunun üçün də İspaniya və Portuqaliyada axtarışlarımız davam edir. Amma Mustafa Dənizli özü şəxsən Türkiyənin iki ən güclü hücumçuları ilə danışıqlar aparır."

Xəbər xətti