"Kalonas və Kamranın ayrılığı komandaya təsir etməyəcək" MÜSAHİBƏ

16:10 - 24 Yanvar 2014

Pena:"Kuboku qazanmaq daha asandır"
 
"Bakı"nın hücumçusu Marius Penanın Sportal.az-a müsahibəsi
 
- Hazırlıqlarınız necə gedir?
- Hər  şey qaydasındadır, verilən proqram əsasında çempionata hazırlaşırıq və bu hazırlıq çempionatda bizə çox kömək edəcək.
 
- Artıq 3 yoxlama oyunu da keçirmisiniz. Oyunların barədə təəssüratların necədir?
- Burada hamı gördü ki, güclü komandalar ilə oynadıq. Avropanın böyüklərinə qarşı yaxşı nəticələr əldə etdik. Bu həm bizim, həm də Azərbaycan futbolunun adı üçün yaxşıdır. Bu, bizə əlavə ruh yüksəkliyi verir.
 
- Çempionat oyunlarında oynamasan da hazırlıq oyunlarında forma geyinmisən. Çempionat zamanı yenidən forma geyinəcəyinə inanırsan?
- Yenidən komandanın heyəində oynamağa başladığım üçün xoşbəxtəm, çempionatda oynamaq üçün limdən gələni edirəm. Buradakı oyunlarda əlimdən gələni etdim ki, komandama xeyir verim. Oyunlarda tam oynuya bilməsəm də, pis oynadığımı düşünmürəm.
 
- “Bakı”nın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Hal-hazırda 5-ci pillədəyik və mən ümid edirəm ki, biz artıq xallar itirməyəcəyik, bunun üçün də əlimizdən gələni edəcəyik. Biz mövsümün sonunda birinci olacağıq. Digər məqsədimiz kuboku qazanmaqdır, bu çempionat görə daha asandır, çünki daha az oyun var və bizim də yaxşı imkanımız var.
 
- Komandanın iki aparıcı üzvü Mindauqas Kalonas və Kamran Ağayev komandadan ayrıldı. Bu sizə necə təsir edəcək?
- Bu mövsüm həriki futbolçu “Bakı”ya çox kömək etmişdilər. Mən onlara karyeralarında uğurlar arzulayıram. İnanmıram, bu ayrılıqlar komandaya təsir etsin. Çünki “Bakı” yaxşı və güclü heyətə malikdir.
 
Yusif HÜSEYN

Xəbər xətti