"Növbəti dövrədə azarkeşlər başqa "Xəzər Lənkəran" görəcək" MÜSAHİBƏ

23:24 - 24 Yanvar 2014

Rasim Ramaldanov: "Pis çıxmasın, deyərdim ki, rəqabət olanda futbolçuda artım müşahidə olunur"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun Sportal.az-a müsahibəsi
 
- Məşqlər necə keçir?
- Yaxşı keçir. Gündə iki dəfə bütün səyimizlə çalışırıq və qarşıdakı dövrədə bunun nəticəsini görəcəyik.
 
- Yanvarın ilk günlərindən Antalyada təlim-məşq toplanışandısınız. İndiyə kimi "Xəzər Lənkəran"da nə dəyişib?
- Deyərdim ki, kollektiv oyunumuz yaxşılaşıb. Mustafa Dənizli çox ciddi məşqçidir və disiplinə xüsusilə fikir vərən mütəxəssisdi. Hesab edirəm ki, baş verən bu hazırlıqların nəticəsi yaxşı olacaq.
 
- Komandaya sənin də çıxış etdiyin mərkəz müdafiəçi Villian Tieqo qoşulub. Onunla rəqabətə hazırsan?
- Pis çıxmasın, deyərdim ki, rəqabət olanda futbolçuda artım müşahidə olunur. Onun gəlməyi bizim gücümüzə güc qatdı. Kim özünü yaxşı tərəfdən göstərsə, əsas heyətdə də o oynayacaq. Əsas odur ki, "Xəzər Lənkəran" qalib gəlsin.
 
- Mustafa Dənizlinin məşqləri necə, səni qane edir?
- Hər şey qaydasındadır. Deyərdim ki, onun hazırlığı futbolçuların inkişafına müsbət təkan verir. Onun rəhbərliyi altında məşqlərdə var gücümüzlə çalışırıq və istədiyimiz yerlərdə olacağıq.
 
- Məşqlərdə şahidi olduq ki, Mustafa Dənizli topu yerlə oyuna qoşa bilmədiyin üçün sənə öz iradalarını bildirdi...
- Bəli, məşqçi mərkəz müdafiəçilərdən diqqətli olmağı, ilk pası düzgün atmağı tələb edir. İstəyirki hücumları biz başlayaq.
 
- Bir neçə gündən sonra Premyer Liqada 3-cü dövrənin  ilk oyununda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyuna hazırsınızmı?
- Bəli. "Qarabağ" çempionatımızın ən yaxşı klublarından biridir. Kim güclüdürsə, o da qalib gələr.
 
- "Xəzər Lənkəran" ikinci dövrədə istədiyi yerlərdə ola biləcək?
- Biz də bunun üçün çalışırıq. Əminəm ki, qarşıdakı iki dövrədə azarkeşlər tamam başqa "Xəzər Lənkəran" görəcəklər.
 
- Bu gün sənin doğum günündür. İlk öncə səni təbrik edirik. Komanda səni necə təbrik etdi?
- Məşq başlamazdan öncə məşqçilər heyəti və futbolçular məni alqışlarla təbrik etdilər. Hamısına təşəkkürümü bildirirəm.
 
Ayaz İbrahimov, Antalya

Xəbər xətti