"Nə etmək istədiyini biləm məşqçimiz var"
"Qarabağ"ın braziliyalı legioneri Çumbinyonun Sportal.az-a müsahibəsi
- 5 il Yunanıstanda futbol oynadıqdan sonra Azərbaycana gəldin. Buranı seçməkdə əsas məqsədin nə idi?
- 5 mövsüm idi ki, Yunanıstanda idim. İstədim ki, yeni bir ölkə seçim və yeni bir mədəniyyət görüm.
- Bəs, "Qarabağ" arzuladığın komanda oldu?
- Əlbəttə, burada məmnunam, hər şey yaxşıdır. Hər dəfə bunu elan etməyə ehtiyac yoxdu, mən burada xoşbəxtəm.
- Bir müddət bundan əvvəl Yunanıstan mediyası belə bir xəbər yaymışdı ki, Çumbinyo Bakıda narahatdır, darıxır və yenidən Yunanıstana qayıdır. Bu nə dərəcədə doğrudur?
- Bildiyiniz kimi mən 5 il orada oynamışam və bilirəm ki, onların jurnalistləri boş-boş danışırlar.
- Bu dəfə isə xəbər yayıldı ki, ailəni Azərbaycana gətirməkdə problem yaranıb. Bu həqiqətdir?
- Heç bir problem olmayıb. Bu sadəcə şaiədir.
- Komandanın təlim-məşq toplanışına bir az gec qoşuldun. Həm də yüngül zədən var idi. Hazırki məşqlər və şəxsi durumun necədir?
- Komandanın ümumi vəziyyəti olduqca yaxşıdır. Biz də çalışırıq ki, yaxşı formada olaq. Nə etmək istədiyini biləm məşqçimiz var, komanda şəkilində də yaxşı çalışırıq. Hesab edirəm ki, heç bir problemimiz olmayacaq.
- "Qarabağ"ın bu mövsüm çempion olacağına inanırsan?
- Güclü komandamız var. Hər oyun öz oyunumuzu artırırıq. İstədiklərimizi meydanda nümayiş etdirə bilsək, bütün rəqiblərə ciddi yanaşsaq, fikirimcə, bu mövsüm çempionluq şansımız daha böyükdü.
- Baş məşqçi fikirlərində bunu qeyd edirdi ki, istəyirəm ki, hər bir mövqeyə yeni futbolçu alım. Sən necə düşünürsən, "Qarabağ"ın transferə ehtiyacı var?
- Mənə elə gəlir ki, "Qarabağ"ın güclü heyəti var. Yüksək səviyyəli futbolçulardan təşkil olunmuş bir komandanın üzvüyəm."Qarabağ"a gələn hər bir yeni futbolçu sadəcə komandanın gücünə güc qatmağa gələcək.
- Özün də qeyd etdiyin kimi 5 il Yunanıstanda futbol oynamısan. Sənin fikirincə, komandanda oynayan hansı azərbaycanlı futbolçu ölkə xaricində oynaya bilər?
- "Qarabağ"da və başqa Azərbaycan klublarında oynayan yerli futbolçular nəinki Yunanıstanda, başqa böyük liqalarda oynaya biləcək futbolçular var. Həmin futbolçuların adını çəkmək istəmirəm.
- Azərbaycan futbol metalitetinin Braziliyanın futbol mentalitendən ən böyük fərqi nədir?
- Braziliya həm ərazi baxımından böyük ölkədir, həm də 5 dəfə dünya çempionu olub. Braziliyanın futbol tarixi çox qədimdir. Elə də ciddi fərq görmürəm. Sadəcə olaraq Azərbaycan futbolu inkişaf etməkdədir, gələcəkdə əminəm ki, Azərbaycan futbolu böyük liqalardan biri hesab olunacaq.
Ayaz İbrahimov, Antalya
saytlarin hazirlanmasi