"Bu heç də tam demək deyil"
Ölkə çempionatlarının yeni reytinq sıralamasında Azərbaycan Premyer Liqası birdən-birə 41 pillə irəlilləyərək 84-cü yerdən 43-cü pilləyə yüksəlmişdir.
Bu barədə çempionatımıza rəhbərlik edən qurum PFL-in prezidenti Ramin Musayev Sportal.az-a danışdı:
"Bu uğurların hamısı futbolumuzun inkişafı naminədir. Bu bizim üçün gözəl nəticədir, amma bu heç də tam demək deyil, çalışacağıq ki, daha yaxşı yerlərə irəliləyək. Bu uğur milliyə də təsir edəcək, çünki millinin qida mənbəyi çempionatdır. Çempionatda oynayan futbolçular da millinin üzvləridir. Əgər millimiz Premyer Liqadakı futbolçularla qidalanırsa. deməli çempionatın da buna təsiri var".
saytlarin hazirlanmasi