Özgür Ergöçmen:"Sumqayıt" bu transfer üçün bizə pul ödəməlidir"
"Tavşanlı Linyitspor"un qapıçısı Anndrey Popoviçin "Sumqayıt"la gizli anlaşması türk klubunun mətbuat xidmətinin rəhbəri Özgür Ergöçmeni özündən çıxarıb.
"Tavşanlı Linyitspor"un rəsmisi Sportal.az-a açıqlamasında millimizin qapıçısının hərəkətinə belə şərh verib:
"Popoviç bizdən icazəsiz "Sumqayıt" klubuna keçmək istəyirdi. Ancaq qolkiperin bizimlə hələ 6 aylıq müqaviləsi var. Belə bir saxtakarlığa biz yol verə bilməərik. Biz bununla bağlı "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə əlaqə saxlayaraq ona məsləni izah etdik. Qarşı tərəf də bunu anlayışla qəbul etdi, yaxin 2-3 gündə bu məsləyə aydınlıq gətirəcəyini bildirdi. Artıq qapıçının "Sumqayıt"a transfer məsləsinə razılıq vermişik. Müəyyən bir məbləğ qarşısında futbolçu komandamızdan ayrılacaq".
saytlarin hazirlanmasi