Futbolçu müqavilə imzalamaq üçün Qəbələyə yola düşdü
"Portu"nun rusiyalı ulduzu Premyer Liqa təmsilçimiz "Qəbələ" ilə müqavilə bağlayıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə Rusiya yığmasının sabiq üzvü əyalət təmsilçisi ilə hələlik 6 aylıq müqaviləyə imza atacaq. "Qəbələ"nin həkimi Rəhim Məhərrəmov da Marat İzmayılovla şəkilini paylaşıb. O, Maratı klubun super transferi kimi dəyərləndirib.
Qeyd edək ki, Marat İzmayılov 1982-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub. Futbolçu "Lokomotiv Moskva", Portuqaliyanın "Sportinq Lissabon" və "Portu" klublarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi