"Mənim maaşım vaxtında verilir, digərlərini bilmirəm" MÜSAHİBƏ

12:03 - 31 Yanvar 2014

Viktor İqbekoyi:" Yeni futbolçular komandaya xeyir verəcəklər"
 
AZAL-ın vitse-kapitanı Viktor İqbekoyinin Sportal.az-a müsahibəsi
 
- Komandanın qış fasiləsndə hazırlğını necə dəyərləndirirsən?
-  Hər şey yaxşı oldu, məşqlər planlaşdırılmış qaydada davam edir. Artıq iki həftədən artıq müddətdir ki, komanda hazırlığa başlayıb. Artıq çempionata hazırıq.
 
- Çempionatın son oyununda zədələnmişdin. İndi zədən necədir?
- Zədəm çox ciddi idi, amma şükürlər olsun indi hər şey yaxşıdır, özümü birinci oyunda oynamağa hazır sayıram.
 
- Komandadan 5 futbolçu getdi və onların əvəzinə 6 futbolçu gətirildi. Bu dəyişikliklər komandaya necə təsir edəcək?
- Yeni futbolçular komandaya xeyir verəcəklər, hazırda da yeni futbolçular komandaya uyğunlaşmağa çalışırlar.
 
- Hazırlıq mərhələsində nisbətən zəif komandalarla gücünüzü sınadınız..
- Futbolda zəif komanda anlayışı yoxdur, bizim belə oyunlarda əsas məqsədimiz çempionata hazırlaşmaq idi.
 
- Komandanızın bu mövsüdə əsas hədəfi nədir?
- Mövsümün sonuna kimi çalışacağıq ki, komanda turnir cədvəlində daha yaxşı yerlərdə yerləşssin.
 
- AZAL-ın futbolçuları iki aylıq maaş ala bilmirlər....
- Mənim maaşım vaxtında verilir, digərlərini bilmirəm. Həmdə bu sual mənə yox, klub rəhbərliyinə verilməlidir.
 
Yusif HÜSEYN

Xəbər xətti