Akif İsmayılov: "Göstəriş vermişəm ki, bu gün təmizləmə işlərinin birinci mərhələsi aparılsın"
Sabah Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ" Tofiq Bəhrəmov adına Respublika stadionunda "Xəzər Lənkəran"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, hava şəraitinin əlverişsiz olması oyunun təxirə getmək ehtimalını artırır. Bu məsələ ilə bağlı stadionun direktoru Akif İsmayılovla əlaqə saxladıq və matçın keçirilb-keçirlmyəcəyi ilə bağlı fikirlərini bizə belə izah etdi:
"Hazırda ot örtüyünün üzərini 20 sm qalınlığında qar örtüb. Göstəriş vermişəm ki, bu gün təmizləmə işlərinin birinci mərhələsi aparılsın. Lakin gecə qar yağsa, işimiz bir qədər çətinləşəcək. Çünki şaxta ot örtüyünü vurur və nticədə qarı təmizləmək çətinləşir. Belədə təmizləmə işləri aparan zaman qazona da ziyan vurmuş oluruq. Bizdə istilik sistemi olduğu üçün hər halda sabaha qədər meydançanın ot örtüyü əlverişli vəziyyətdə olacaq.
PFL stadionların təmizlənməsi ilə bağlı qərar verib və biz də buna əməl etməliyik. Digər stadionlarla müqayisədə bizdəki şərait matçın keçirilməsinə imkan verir. Hava şəraitinin belə olmasına baxmayaraq əlimizdən gələni edəcəyik ki, "Qarabağ" "Xəzər Lənkəran" matçına kimi stadionumuz hazır olsun."
saytlarin hazirlanmasi