Ot örtüyü normal vəziyyətdədir
Tofiq Bəhramov adına Respublika stadionu Premyer Liqanın XIX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçına tam hazır olacaq.
Sportal.az xəbər verir ki, bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, fevralın 1-də saat 17:00-a nəzərdə tutulan qarşılaşmanın vaxtında başlamasına heç bir problem yoxdur. Artıq stadionun yarıyadək təmizləndiyini deyən İsmayılov ot örtüyünün normal vəziyyətdə olduğunu açıqlayıb.
saytlarin hazirlanmasi