Pantiç: "Qələbə bizə soyuq havanı unutdurdu"

15:45 - 2 Fevral 2014

"Hədəfimiz ən yüksək yerlərdən birini tutmaqdır"

 

"Belə soyuq havada futbol oynamaq futbolçular üçün çətin idi, amma qələbə bu soyuqluğu da bizə unutdurdu. Oyun boyu meydanda üstün tərəf biz idik. Hər şey istədiyimiz kimi getdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan" üzərində 5:1-lik qələbədən sonra "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç qələbəyə belə şərh verdi:

 

"İspaniya yaxşı hazırlıq dönəmi keçirtmişdik. Bunun nəticəsi kimi də mən bu oyunu görürürəm. Hüsab edirəm ki, komandam yüksəlişdədir. Belə gözəl oyunların ardını gətirmək lazımdır.  Hədəfimiz ən yüksək yerlərdən birini tutmaqdır. Bu qələbə münasibəti ilə komandamın hər bir futbolçusuna təşəkkür edirəm."

Xəbər xətti