Böyükağa Hacıyev: "Xəzər Lənkəran"dan qorxmuram"

17:27 - 2 Fevral 2014

"Eyni zamanda sübut etdik ki, bizə yeni transfer lazım deyil"
 
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Simurq" üzərindəki 3:0-lıq qələbədən sonra oyunla bağlı fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, o, qələbəyə layiq olduqlarını bildirib: "Dünən əsas rəqiblərimizdən olan "Qarabağ" xal itirdiyindən bu gün bizə qələbə hava-su kimi lazım idi. Komandamdan razı qaldım, qələbəyə layiq oynadıq və 3 xalı qazandıq. Eyni zamanda sübut etdik ki, bizə yeni transfer lazım deyil. "Neftçi" hazır "maşın"dır.
 
Hacıyev XX turda "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyunla bağlı da maraqlı açıqlama verib: "Xəzər Lənkəran"ın səfərdə "Qarabağ"ı məğlub etməsi bu komandanın gücündən xəbər verir. Mustafa Dənizli bizim böyük qardaşımızdır. Amma meydançada biz rəqibik və mən də rəqibdən qorxmuram".
 
Rekord.az

Xəbər xətti