"Komandamın oyunundan razı qaldım"
"Belə baxanda hesabda irəli cıxdıq və hər iki qolumuz gözəl alındı. Rəqib bizə qarşı başa baş oyun oynadı. Hətta deyərdim ki, oyunun gedişatında bu bizə çətinlik yaradırdı."
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Sxadadze rəqibin vurduğu qolu gözləmədiklərini də fikirlərinə əlavə edib:
"Komandamın oyunundan razı qaldım. Vaqif müəllimin "oyunun nəticəsi heç-heçə idi" fikirinə münasibətim belədir ki, bu onun şəxsi fikridir və buna hörmətlə yanaşıram. Əslinə qalsa, onlar bizə heç nədən qol vurdular, bizim qollarımız isə baxımlı alındı. Onların qolunu gözləmirdik."
saytlarin hazirlanmasi