"Məhkəmədə iştirak etmək istəyirəm"
"Mən həbs olunan Elikoya görə klub rəhbərliyinə və AFFA-dan xahiş etdim ki, bu işdə köməklik göstərsinlər. Mən yalnız bunu edə bilərdim və etdim də. Başqa əlimdən nəsə gəlmir. Mən kiməm ki? Sadə bir futbolçu".
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev deyib.
Cənub klubunun aparıcı üzvü daha sonra məlum "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra həbs olunan azarkeşlərin məhkəməsində iştirak etmək istədiyini vurğulayıb:
"Ayın 3-də Bakıda "Neftçi"ylə oyun öncəsi məşqimiz olacaq. Əgər baş məşqçi icazə versə, o məhkəmədə iştirak etmək istəyirəm. Çox təəssüf ki, mənim əlimdən heç nə gəlmir".
Əmirquliyev fevralın 9-da qarşılaşacaqları "Neftçi"ylə oyuna da toxunub:
"Biz bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq. Fərqi yoxdu bu ya "Neftçi" olsun, ya da digər komanda. Qələbədən başqa heç nə düşünmürük".
saytlarin hazirlanmasi