"Komandaya qələbə qazandırdığıma görə sevindim"
- Fasilədən sonra ilk oyununuza çıxdınız. Əvvəlcə, oyun haqqında fikirlərini bildirərdin...
- Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk növbədə ona görə ki, yeni bir dövrə başlayrı və birinci oyun çətin olur. Belə oyunlarda kim çox meydanda canını qoyursa, o da qalib gəlir. AZAL da heç də zəif rəqib deyildi. Çünki onların Vaqif Sadıqov kimi baş məşqçiləri var. Oyunda da bəzən elə vaxtlar olurdu ki, rəqib bizdən daha yaxşı top saxlayırdı, bunun nəticəsində kiçik bir səhvdən qol buraxdıq. Cərimə zərbəsində də Vaqif (Cavadov) dedi ki, "qoy mən vurum" mən də dedim ki "qoy mən vurum". Mən də elə vurdum ki, top qapıya daxil oldu.
- Cərimə zərbəsi zamanı azarkeşlər də "Ruslan, Ruslan" qışqırırdılar. Ümumiyyətlə, baş məşqşi cərimə zərbələrini ikinizə həvalə edib?
- Baş məşqçi 3 nəfərə - mənə, Vaqif Cavadova, bir də Aleksanr İaşviliyə tapşırıb. Məndə inam var idi ki, qol vuracam. Həm də ad günüm idi. Belə çıxdı ki, bu qolu özüm-özümə hədiyyə etdim. Əsas da, komandaya qələbə qazandırdığıma görə sevindim.
- Bu qələbədən sonra "İnter" çempionluq uğrunda mübarizəni davam etdirə biləcəkmi?
- Qarşıda hələ 17 oyun var, həm də kubok oyunları. İndidən demək çətindir ki, komandamız çempion olacaq. Bu həftə gördüyünüz kimi, lider "Qarabağ" öz meydanında "Xəzər Lənkəran"a məğlub oldu. Çempionatda kimsənin gözləmədiyi vaxtda komanda xal itirir. Çempionluq hələ əldən getməyib, hələ qarşıda çox oyun var, cücəni payızda sayarlar. Biz çalışacağıq ki, pillə-pillə yuxarı addımlayaq.
- Yaxın dostun Kamran Ağayevin "Qəbələ"yə keçidini necə dəyərləndirirsən?.
- "Qəbələ" çox güclü komandadır. O, "Bakı"dan uzaqlaşanda çox üzüldüm, çünki o, Azərbaycanın bir nömrəli qapıçısıdır. İnanıram ki, Kamran "Qəbələ"də daha yaxşı çıxış edəcək.
- Bildiyimiz qədər, onunla "İnter" də maraqlanırdı..
- Baş məşqçi də onun haqqında məndən soruşmuşdu. Ancaq onun "İnter"ə transferi maddi cəhətdən mümkün deyildi. İstəyərdim ki, Kamran Ağayev də burada çıxış etsin. Ancaq bizdə də Səlahət Ağayev, Georgi Lomaya və Elşən Poladov kimi canavar qapıçılar var, bəlkə də onun üçün çətin olardı. Amma inanıram ki, öz üzərində işləsəydi, qapıda durardı.
Şahin OĞUZ
saytlarin hazirlanmasi