19-cu tur: 5-ci dəfə yüksək məhsuldarlıq

14:36 - 3 Fevral 2014

Mövsümün antirekordu 8-ci turda qeydə alınıb
 
Azərbaycan Premyer Liqasının 19-cu turunda qapılara 16 qol vurulub.
 
Sportal.az xəbər verir ki, orta məhsuldarlıq 3,20-yə bərabər olub. Mövsümdə 5-ci dəfə bu rəqəm 3 və ya daha yüksək olub. Çempionatın 6-cı turunda da indiki kimi 16 qol vurulmuşdu. Mövsümün rekordu isə 22 qolun vurulduğu 12-ci turdur.
 
12-ci tur – 4,40 (22 qol)
18-ci tur – 3,40 (17 qol)
6-cı tur – 3,20 (16 qol)
19-cu tur – 3,20 (16 qol)
1-ci tur – 3,00 (15 qol)
 
Qeyd edək ki, mövsümün antirekordu 8-ci turda qeydə alınıb. Həmin turun 5 oyununda cəmi 2 qol vurulub və orta məhsuldarlıq 0,40-a bərabər olub.
 

Xəbər xətti