Kalanos: "Hansı komandada oynamışamsa, özümü doğrultmuşam"

14:55 - 3 Fevral 2014

"Simurq"un təklifi məni qane etdi"

 

"Bəli, "Simurq"la razılığa gəlmişəm. Bu gün Zaqatala təmsilçisi ilə 4 ay icarə əsasında oynayacağam. Mənim "Bakı" klubu ilə 1+1 illik müqaviləm var."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın litvalı futbolçusu Mindauqas Kalonas deyib. Kalonas "Simurq"dakı hədəflərindən də bəhs edib:

 

"Başqa təkliflər də var idi. Ancaq "Simurq"un təklifi məni qane etdi. Mənə elə gəlir ki, "Simurq"da oynamağım formada qalmağıma kömək edəcək."Simurq"un cari mövsümdə hədəfi ilk 4-lükdə yer almağıdır. Komanda avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır. mən də istəyirəm ki, Zaqatala təmsilçisinə kömək edim. Bunun necə alınıb-alınmayacağını isə zaman göstərəcək.

 

Georgi Çxradze yaxşı məşqçidir. Onun oyun fəlsəfəsi mənim üçün rahatdır. İnanıram ki, burada özümü yaxşı tərəfdən göstərə biləcəm. Ümumiyyətlə mən hansı komandada oynamışamsa, özümü doğrultmuşam. Çünki çıxıdığım oyunlarda qollarımı və ya ötürmələrimi etmişəm."

Xəbər xətti