Nedo Turkoviç:"İlk oyunda qol vurmaq mənim üçün də xoş oldu"
AZAL-ın yeni transferi Nedo Turkoviçin Sportal.az-a müsahibəsi:
- “İnter”lə oyun haqqında fikirlərini bildirərdin..
- Mənim üçün çempionatda ilk oyunum idi. Fikrimcə, yaxşı oynadıq, hesabı bərabərləşdirdikdən sonra da oyuna biz nəzarət edirdik, ancaq rəqib vurduğu adi bir qolla vəziyyəti dəyişdi. İlk oyunumda fərqlənmək mənim üçün də xoş oldu.
- AZAL-la ilk oyununa çıxdın Yeni komandan haqqında təəssüratların necədir?
- Bəli, burada yeniyəm. Onu deyə bilərəm ki, AZAL həqiqətən yaxşı bir komandadır, keyfiyyətli futbolçulara malikdir və bundan sonrakı oyunlarda daha yaxşı oyun göstərəcəyik. Demək olar ki, komandaya tam uyğunlaşmışam.
- Azərbaycanda çempionatın səviyyəsi haqqında nə deyə bilərsən?
- Bura haqqında kifayət qədər məlumatım var, futbolunuz getdikcə inkişaf edir. Çempionatda olduqca güclü komandalar və təcrübəli futbolçular var. Növbəti il hansısa komanda Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağı sürpriz olmayacaq.
- Növbəti oyununuz autsayder “Sumqayıt”a qarşıdır…
- “Sumqayıt”la oyun “İnter”lə qarşılaşmadan daha çətin olacaq, çünki onlar sonuncu pillədədirlər və itirəcəkləri bir şey yoxdur. Bu oyunda nəyin bahasına olursa olsun, biz qələbə qazanmalıyıq.
- AZAL qış fasiləsindən sonra çempionata tam hazırdır?
- Bəli, tam hazırıq. Qış fasiləsində yetərincə yaxşı hazırlaşdıq. Bu hazırlığın nəticəsini də növbəti oyunlarda görəcəyik.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi