Uğur Pamuk: "Sumqayıt"a təzə gəlmişəm, fikrim ancaq buradadır"
"Sumqayıt"ın futbolçusu Uğur Pamukun Sportal.az-a müsahibəsi
- "Qəbələ" ilə oyun haqqında danışardın...
- Mənə elə gəlir ki, bu oyun yaxşı oynadıq. Komandadan və özümdən də razıyam. Meydanda bir komanda var idi, o da "Sumqayıt" idi. Biz əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik, lakin rəqib əlinə düşən epizodlardan maksimum istifadə etdi.
- Demək olar ki, sizdən çatışmayan cəhət təcrübə idi?
- Çox cavan oyunçularımız var, düzdür yaxşı futbolçulardır, amma təcrübə yoxdur. Ona görə də rəqib qapısına kimi gəlirik amma axırıncı zərbəni vura bilmirik. Bu oyunda yenə deyirəm, yaxşı oynayan tərəf biz idik.
- Son vaxtlar mətbuatla aranda problem yaşanmışdı...
- Yox, elə bir mübahisə olmamışdı. Həmin vaxt komandaya keçidim rəsmiləşməmişdi, ona görə dedim ki, bir neçə gün sonra müsahibə verərəm. Çünki həmin vaxt mən nəsə dəqiq deyə bilməzdim.
- "Xəzər Lənkəran"dan icarə əsasında "Sumqayıt"a keçdin. Yəqin ki, yenidən "Xəzər Lənkəran"a qayıdassan?
- Bu barədə danışmaq üçün hələ tezdir. "Sumqayıt"a təzə gəlmişəm, fikrim ancaq buradadır. İnşallah, yaxşı oynayıb yenidən "Xəzər Lənkəran"a qayıda bilərəm.
- "Sumqayıt" hazırda turnir cədvəlində sonuncu yerdədir. Premyer Liqada qalmaq çətin olmayacaq ki?
- Bizdən bir pillə qabaqda "Rəvan" qərarlaşır. Növbəti iki oyunumuz AZAL və "Rəvan"ladır. Bu oyunlar da asan deyil, ancaq mən inanıram ki, bu iki oyunu udub sonuncu pillədən qurtulaq. "Rəvan"la aramızda cəmi iki xal var.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi