"Neftçi"nin 5 futbolçusu turun rəmzi komandasında

12:04 - 4 Fevral 2014

Ernest Nfor 19-cu turun ən yaxşı futbolçusu seçilib
 
Azərbaycan Premyer Liqasında 19-cu turun statistik məlumatları açıqlanıb.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı – Saşa Stamenkoviç (Neftçi)
 
Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Tieqo Vilyam (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ)
 
Yarımmüdafiəçilər – Cavid İmamverdiyev (Neftçi), Manuel Skarlatake (Xəzər Lənkəran), Flavinyo (Neftçi), Junior Vilson (Bakı)
 
Hücumçular – Ernest Nfor (Neftçi), Tiaqo Ribeyro (Rəvan)
 
Ötən tur topa ən çox nəzarət “Qarabağ” komandasında olub – 65%. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89%). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.
 
Azərbaycan Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest Nfordur.
 

Xəbər xətti