Cəzalar açıqlandı
İntizam Komitəsinin bu gün keçirilən iclasında cəzalar açıqlanıb.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Simurq” matçının 61-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün klub 1000 manat cərimə olunur
Azərbaycan Premyer Liqasının XIX turunun “İnter” – AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimə olunur
Əvəzedici heyətlərin XIX turunun “Bakı” – “Rəvan” oyunun 62-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Təyyar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur
Əvəzedici heyətlərin XIX turunun “İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandıığı üçün klub 500 manat cərimə olunur
Əvəzedici heyətlərinin XIX turunun “Neftçi” – “Simurq” oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Ruslan Sorokin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur
saytlarin hazirlanmasi