"Özümə söz vermişəm, onu ehtiyyatda saxlayacağam" MÜSAHİBƏ

16:58 - 5 Fevral 2014

Tərlən Əhmədli: "Qol vurmaq Pərdis üçün problemə çevrilib"
 
"Sumqayıt"ın gənc qapıçısı Tərlən Əhmədlinin Sportal.az-a müsahibəsi
 
- "Qəbələ"yə qarşı ilk oyununa çıxmışdın. Həyəcanlı idin?
-   Həyəcanım yox idi. Oyuna yüksək əhval-ruhiyyə ilə çıxmışdım. İlk dəqiqələrdə qol buraxmağım məni ruhdan saldı. 
 
- İlk oyunundan razı qaldın?
- Oyunu uduzduq, amma komandam yaxşı oyun nümayiş etdirdi. Topa üstünlük bizdə idi. İlk oyunum idi və hesab edirəm ki, mənim üçün pis oyun olmadı.
 
- "Sumqayıt"ın heyəti əsasən gənclərdən təşkil olunub. Necə hesab edirəsn, ən çox müydanda ən çox yük sənin üstünə düşmür?
- Hər oyunda daha çox qapıçılara yük düşür. Biz də çalışmalıyıq ki, əlimizdən gələn qədər bu yükün altından məharətlə çıxa bilək.
 
- "Sumqayıt" Premyer Liqada turnir cədvəlinin sonunvu pilləsində qərarlaşıb. Necə düşünürsən, komanda sonuncu pillədən qurtula biləcək?
- İnşallah. Bizi bütün oyunlara yaxşı hazırlaşırıq. İnanıram ki, Aqil müəllimin rəhbərliyi altında pis gedən gedişata son qoyacağıq. Növbəti tur AZAL-la qarşılaşacağıq. Onları məğlub etsək hər şey qaydasına düşəcək.
 
- Belə baxnda səncə, "Sumqayıt"da nə çatmır?
- Bir dənə qol vurmaq çatmır. Onun üstündə işləsək yaxşı olar. "Qəbələ" ilə oyunda da həe şey qaydasında idi, amma son nöqtəni vurmaq bizə nəsib olmur.
 
- Belə çıxır ki, Pərdis Fərcad Azad hələ formada deyil?
- Əvvəl çox yaxşı idi, amma hal-hazırda qol vurmaq onun üçün problemə çevrilib. Komandanın əksəriyyəti gənclərdən təçkil olunub, meydanda hər şey edirik, amma qolu qapıdan keçirdə bilmirik.
 
- "Sumqayıt"ın heyətində səninlə bərabər daha bir qapıçı Popoviç çalışır. Onunla rəqabətə hazırsan?
- Əlbəttə, hazıram. Bilirəm ki, onunla rəqabət mənim üçün asand olmayacaq, amma mən ehtiyyatda qalmayacam. Popoviçi ehtiyyatda saxlayacağam. Daha çox çalışıb bundan da yaxşı yerlərdə olacağam.
 
- Deyirsən ki, onu daima ehiyyatda saxlayacaqsan?
- Çalışacağam ki, bu belə olsun. Niyə də olmasın, o da bizim kimi insandı da. Etibar müəllimlə Aqil müəllim də sağ olsun, mənə çox dəstək olur. 
 
- Qapıçılarla işləyən məşqçi Etibar Tanrıverdiyevdən nəsə öyrənə bilirsən?
- Ondan çox şey öyrənirəm. Çox sağ olsun ki, əlindən gələni mənim üçün əsirgəmir. Onun yanına gələndən demək olar ki, hər gün  ondan nəsə öyrənirəm. Əvvəl heç "ilk 18-liyə" düşə bilmirdim, gedib əvəzedicilərdə oynayırdın. Əsas heyətə gələndən sonra məni Etibar müəllim işlədir ki, daha da artırım. 
 
- U-21-də vəziyyət necədir, oynayırsan?
- Bəli, çağırmışdılar. İlk oyunuma da çıxdım. Mənim üçün yaxşı oldu. 
 
Şahin OĞUZ

Xəbər xətti