"Xəzər-Lənkəran"la oyunu artıq unutmuşuq"
"Qəbələ" cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırki mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər. Çempionatın ilk yarısındakı qazandığımız qələbələr indi bizə bir şey vermir. Təbii ki, rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurban klubun rəsmi saytına açıqlamasında çempionatın növbəti turunda "Qəbələ" ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib. Ötən tur "Qarabağ"ın "Xəzər Lənkəran"a məğlub olduğu oyunu yada salan Qurbanov artıq məğlubiyyətin unudulduğunu bildirib:
"Xəzər-Lənkəran"la oyunu artıq unutmuşuq. Məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. "Xəzər-Lənkəran"la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qarşıda hələ uzun bir marafon var. Bundan sonrakı oyunlara motivasiya olmaq lazımdır".`
saytlarin hazirlanmasi