Gündüz Abbaszadə: "Azarkeşləri bu oyundan məhrum etmək olmaz"
"Xəzər Lənkəran" - "Neftçi" matçının televiziya vasitəsi ilə yayımlanmaması "Neftçi" rəhbərliyini və azarkeşləri ciddi şəkildə narahat edir. Biz qəti şəkildə bunun əleyhinəyik. Bu bizim azarkeşlərimizin mənəvi cəhətdən hüquqlarının pozulmasıdır. Biz də "Xəzər Lənkəran"ı qəbul etmişik və televiziya vasitəsi ilə oyunu yayımlandı. Biz bilirdik ki, onların bu oyunu izləmək hüququ var və biz də bu hüquqa hörmətlə yanaşmaq lazımdır."
Bu sözləri Sportal.az-a açıqlmasında "Neftçi" klubunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. Abbaszadə "Xəzər Lənkəran" - "Neftçi" matçının yayımlanmamsı ilə bağlı klubunun baş məşqçisi Mustafa Dənizli və Oğuz Çətinə sual ünvanlayıb:
"Mən belə olan halda bir sual vermək istəyirəm. Görəsən, Mustafa Dənizli və Oğuz Çətin Türkiyədə "Fənərbaxça" - "Qalatasaray" oyunun yayımlanmamasına necə baxardılar? Bu istənilən halda düşündürücü sualdır."
Abbaszadə "Neftçi" azarkeşlərinə də səsləndi:
"Biz rəsmi olaraq azarkeş aparmırıq və aparmayacağıq. Müəyyən qurumun verdiyi qərara hörmətlə yanaşırıq. Əgər, "Neftçi"nin hansıa azarkeşi komandamızın atributu üzərində olmasın və gedib oyuna baxa bilər. Belə olan halda oyun yayımlanmasa, "Neftçi" azarkeşi Lənkərana getsə, tamamilə haqlıdır.Çünki bu hadisə buna zəmin yaradır. Hesab edirəm ki, azarkeşləri bu oyundan məhrum etmək olmaz və matçı izləməlidirlər."
saytlarin hazirlanmasi