Sübhan Əliyev: "Lənkərana getsək, polislərin təzyiqi ilə üzləşəcəyik"

15:40 - 7 Fevral 2014

"Hər yerdə "derbi" adlanan oyunlar televiziya vasitəsi ilə canlı yayımlanır"

 

"Dünən iclas keçirtdik və qərara aldıq ki, azarkeşlərimiz Lənkərana getməsin. Çünki getsək, orada polislərin təzyiqi ilə üzləşəcəyik. Onsuz da azarkeşimiz tutulub."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Forza "Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev "Xəzər Lənkəran" - "Neftçi" matçının yayımlanmamasına münasibətini bildirb. Əliyev matçın yayımlanmamasına üzüldüyünü deyib:

 

"Belə bir matçın yayımlanmaması pisdir. Hər yerdə "derbi" adalanan oyunlar televiziya vasitəsi ilə canlı yayımlanır. Əgər, bu matç televiziya vasitəsi ilə göstərilmirsə, biz sadecə bunu gülünc hal kimi qəbul edəcəyik. Belə oyuna hamı bilir ki, maraq böyükdür. Mən daxil olmaqla azarkeşlərimiz həmin oyunda iştirak etmək istəyirik, amma verilən qərara hörmətlə yanaşırıq. İnşallah Böyükağa müəllim bu dəfə sindiromu qırıb Lənkərandan qələbə ilə qayıdar. "

Xəbər xətti