PFL rəsmisindən kəskin etiraz: "Xəzər Lənkəran" heç vaxt heç kimdən pul istəyə bilməz"

16:47 - 7 Fevral 2014

Aslan Şahgəldiyev: "Yayım hüququ İcraiyyə Komitəsinin qərarına əsasən PFL-ə verilib"

 

"Əvvəllər yayım hüququ klubların ixtiyarında idi. Sonra bu hüquq PFL-in nəzarətinə keçdi. Daha sonra isə biz Topazla sponsorluq etdikdən sonra bu hüquq onlara verildi. Topaz da öz növbəsində "İdman Azərbaycan" kanalı ilə razılaşdı. "Xəzər Lənkəran" öz azarkeşlərini fikirləşib bu oyunu yayımlamaq istəmirsə, biz bu işə müdaxilə etmək istəmirik. Klub üçün bu maraqlı deyilsə, bizim üçün də maraqsızdı."

 

Bu sözləri Sportal.az-a  Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev "Xəzər Lənkəran" - "Neftçi" oyunun yayımlanmaması ilə bağlı açıqlamasında deyib. Şahgəldiyev "Xəzər Lənkəran"ın pul istəməyinə kəskin etirazını bildirib:

 

"İnidiyə kimi "Xəzər Lənkəran" yayımla bağlı nə qədər pul istədiyini açıqlamayıb. Özü də, pul istəyən klub tender elan etməlidir ki, mən bu məsələdə bu qədər pul istəyirəm. "Xəzər Lənkəran" heç vaxt heç kimdən pul istəyə bilməz, çünki yayım hüququ onların özündə deyil. Yayım hüququ İcraiyyə Komitəsinin qərarına əsasən PFL-ə verilib.

 

Həmişə deyirlər ki, Azərbaycanda və başqa ölkələrdə bizim azarkeşlərimiz var və bu canlı yayım onlar üçün maraqsızdısa, bizim üçün də maraqlı deyil." 

Xəbər xətti