Ramal Novruzov: "Azərbaycan futbolunda görülməmiş bir ilkə imza atacağıq"
Bu həftə ölkə çempionatında hamının maraqla gözlədiyi "Xəzər Lənkəran" - "Neftçi" oyunu baş tutacaq.
"Xəzər Lənkəran"ın azarkeşlərindən ibarət olan "Caspian Ultras" azarkeş qrupunun rəhbəri Ramal Novruzov oyun hazırlq haqqında fikirlərini Sportal.az-a açıqladı.
"Bu oyuna xüsusi olaraq hazırlaşmışıq. Azərbaycan futbolunda görülməmiş bir ilkə imza atacağıq. Artıq demək olar ki, hər şey hazırdır. İnşallah, fevrlın 9-u bunu hər kəs görəcək. Bu oyunda yeni şüarlar, yeni bəstələr olacaq".
Novruzov oyunun televiziya vasitəsi ilə canlı yayımlanmamasına da öz fikrini bildirib:
"Əgər bu oyuna "böyük oyun" deyiriksə, yayımlansa daha gözəl olar. Lənkərandan kənarda yaşayan ürəyi "Xəzər Lənkəran"la döyünən minlərlə insan var. Bu baxımdan oyunun yayımlanması daha gözəl olardı".
Lənkəranlı azarkeşlərin bu oyunda komandalarından yalnız qələbə gözlədiyini də fan klubun rəhbəri sözlərinə əlavə edib.
"Bu oyunda ancaq qələbə gözləyirik. Ümid edirik ki, Lənkərandan Bakıya sevinclə qayıdacağıq. Mustafa Dənizli "Xəzər Lənkəran"da işinin 70 faizini görüb. Biz "Qarabağ"la oyundan öncə də bildirmişdik ki, bu oyunda qalib gəlsək çempionluq yarışında yolumuza dava edəcəyik. Dənizlinin gözəl oyun taktikası var, ümid edirik ki, "Xəzər Lənkəran" qısa zamanda gözəl oyun sərgiləyəcək".
saytlarin hazirlanmasi