"Onun uydurduğu penalti komandanın əziyyətini heçə endirdi"

00:02 - 9 Fevral 2014

Elvin Yaqubov: " Belə hakimlər Azərbaycan futbolu üçün qara ləkədir"
 
Dünən keçirilən 20-ci tur oyununda “Rəvan” doğma meydanşasında “İnter”ə uduzdu.
 
Sportal.az xəbər verir ki, "Rəvan” hesab edir ki, bu məğlubiyyətdə baş hakim Rauf Cabbarovun böyük günahı var. 
 
Klubun mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı saytımıza danışdı:
 
"Bu, biabırçılıqdır. Hakim meydana ədaləti qorumaq üçün çıxmalıdır, qərəzli idarəçilik üçün yox. Cabbarov əvvəldən axıra qədər əleyhimizə qərarlar qəbul etdi. Qərəzli hakimliklə uzatma dəqiqələrinə qədər heç-heçə hesabını qoruduq. Amma sonda o, uydurduğu penalti ilə 10 nəfərlə sona qədər döyüşən komandanın əziyyətini heçə endirdi. Bu, sadəcə, hakimlik adına biabırçılıqdır. Cabbarov ilk dəfə deyil bizə qarşı belə edir, onun idarə etdiyi bütün oyunlarda haqsızlıqla üzləşirik. Belə hakimlər Azərbaycan futbolu üçün qara ləkədir".

Xəbər xətti