"Başqalarının haqqımda nəsə deməyi mənə maraqlı deyil" MÜSAHİBƏ

12:23 - 9 Fevral 2014

Pərdis Fərcad-Azad: ""Xəzər Lənkəran" da onlara inanıb mənimlə müqavilə imzalamdı"
 
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azadın Sportal.az-a müsahibəsi
 
- Uzun müddətdən sonra səfərdən evə bir xalla dönürsünüz. AZAL-la oyun necə keçdi?
- Biz bu oyunda qalib gəlməliydik, daha yaxşı oynadıq. Rəqibin qapısına təyin olunmuş penalti doğru qərar idi, hətta oyunun sonlarında bir penaltimiz də verilmədi.
 
- Rəqibin baş məşqçisi bildirib ki, biz bu gün 14 nəfərə qarşı oynadıq...
- Bu fikirlə razılaşmıram, məncə, hakim oyunu yüksək səviyədə idarə etdi. 
 
- Bir epizodda top Pərdisin əlinə dəydi, rəqib etiraz edir ki, burada hakim ikinci sarı vərəqəni verib onu meydançadan uzaqlaşdırmalıydı...
- İki elə epizod oldu, hər iksində topa qəsdən toxunmadım. Sadəcə sürşdüm, top də əlimə dəydi.
 
- Son vaxtlar komanda yoldaşların da deyir, Pərdiz əvvəlki kimi oynamır...
- Başqalarının haqqımda nəsə deməyi mənə maralı deyil. O ki, qaldı komanda yoldaşlaıma, inanmıram ki, onlar belə söz desin. Keçən il daha yaxşı komandaydıq ona görə çoxlu qollar vururdum. Amma indi komanda yenidən yığıldı, bir az zaman lazımdır.
 
- Millidəki aqibətin necə olacaq?
- Son oyunlarda göstərdiyim oyunları göstərim. Çalışacam ki, əlimdən gələni edim ki, yenidən milliyə dəvət alım.
 
- "Sumqayıt" sonuncu pillədədir. Səncə, komandan bu yerdən qurtula biləcək?
- Hazırda axırıncı yerdə ola bilərik, amma əmin olun ki, növbəti  oyunlarda qələbə qazanıb buradan qurtulacağıq. Növbəti oyunumuz "Rəvan"ladır, bu oyunda sırf qələbəyə oynuyacağıq.
 
- Yayda "Xəzər Lənkəran"ın düşərgəsində oldun. Amma son anda keçidin alınmadı, bunun səbəbi nə idi?
- Almaniyada əməliyyat olunanda həkim mənə səhv diaqnoz qoydu. Bu da mənim keçidim alınmadı. "Xəzər Lənkəran" da onlara inanıb mənimlə müqavilə imzalamdı.
 
- Mətbuatda yayılan xəbərlərə görə, xroniki zədən olduğu üçün keçidin baş tutmamışdı...
- Əgər xroniki zədəm varsa, indi necə "Sumqayıt"ın heyətində oynayıram?. Sadəcə diaqnoz səhv qoyulmuşdu.
 
Şahin OĞUZ

Xəbər xətti