"Rəhim Həsənovu Allaha tapşırıram"

18:56 - 9 Fevral 2014

Böyükağa Hacıyev: "Mən fikirləşirdim ki, naxçıvanlılarla lənkəranlıların oxşar cəhətləri var"
 
"Əslində bu oyuna şərh vermək istəmirəm. Əgər bütün ixtiyar baş hakimin əlində olsaydı, 11 oyunçunun hamısını qovardı. Rəhim Həsənov 3 xalımızı əlimizdən aldı".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Hacıyev oyunun baş hakimi Rəhim Həsənovu Allah tapşırdığını bildirib:
 
"Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq. Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar. Mən fikirləşirdim ki, naxçıvanlılarla lənkəranlıların oxşar cəhətləri var. Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdu. Rəhim Həsənovu Allaha tapşırıram".

Xəbər xətti