"Onunla heç bir problemim olmayıb" MÜSAHİBƏ

11:25 - 10 Fevral 2014

Rəşad Abdullayev:"Hakim rəqibə qırmızı vərəqə versəydi, hər şey başqa cür olardı"
 
AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayevin Sportal.az-a müsahibəsi:
 
- AZAL-da ilk oyununa çıxdın. Təəssüratların necədir?
- Oyunum pis alınmadı, komandaya yeni qoşulmuşam, bir az zaman lazımdır. Ümumilikdə hər şey yaxşı alındı.
 
- Adətən biz səni iddialı komandalarda görmüşük..
- AZAL-ın da öz iddiası var. Komanda elə bir yerdədir ki, onu yuxarılara qaldırmaq mümkündür. Biz də bunun üçün çalışırıq, hələ irəlidə  çox oyun var.
 
- “Sumqayıt”la heç-heçə etdiniz..
- Gözləyirdim ki, bu oyunda qələbə qazanaq. Onlar da yaxşı oynadıar. Biz hesabda öndə olanda, hakim rəqibə qırmızı vərəqə versəydi, hər şey başqa cür olardı.
 
- Sonda qapınıza təyin edilən penalti barəsində nə deyə bilərsən?
- Həmin epizoddan bir az uzaq mövqedə idim. Bir az mübahisəli qərar idi, hakim verə də bilərdi, verməyə də.
 
- “Rəvan”ın baş məşqçisi belə bir açıqlama vermişdi ki, Rəşad Abdullayev xarakter baxımından çətin futbolçudur...
- Bu barədə çox danışmışam və bildirmişəm ki, belə bir şey yoxdur. Mən baş məşqçi gəlməmişdən qabaq rəhbərliklə söhbət eləmişdim ki, AZAL-a gələcəm. Onunla heç bir problemin olmayıb.
 
Şahin OĞUZ

Xəbər xətti