"Xəqani Məmmədov 2002-ci ildə Azərbaycanı iki il futbolsuz qoymuşdu”
Dünən baş tutmuş “böyük oyun”da hakimlər briqadasının işi “Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarovu özündən çıxarıb.
Sportal.az xəbər verir ki, o, hakim idarəçiliyi ilə bağlı sosial şəbəkədə öz fikirlərini bildirib:
"Xəqani Məmmədov 2002-ci ildə Azərbaycanı iki il futbolsuz qoymuşdu, indi də həmin vəziyyətdir ki, şərəfli, namuslu futbol adamları, hakimlər kənarda qalıb. Belə də olacaq, kimlər ki, bunların sifarişlərini yerinə yetirmir, onları ləkələyib futboldan silirlər. Necə ki, Hakimlər Komitəsi ayrıca bir qurum olmayıb PFL-dən asılı bir təşkilatdır, nə qədər ki, hakimlərin başında özünə hörmət qoymayan, puldan ötrü şərəfini satan insanlar olacaq, həmişə də belə olacaq”.
saytlarin hazirlanmasi