Xaqani Məmmədovdan Tahir Süleymanova cavab gecikmədi: "Belə halda oyunu dayandırmırlar"

16:42 - 10 Fevral 2014

"Bəzi xırda epizodlar var ki, hakimlər səhvə yol verib"

 

"Klubların üzə çıxartdığı mübahisəli epizodları nəzərdən keçirtmişəm. Onların penalti məqamları ilə bildirdikləri iradların heç biri həqətə uyğun deyil. Həm AZAL-ın qapısına, həm də ""Rəvan"ın qapısına verilən penaltilər duzgündür. Hər iki epizodda hakim doğru qərar verib. "Qarabağ"ın qapısına təyin edilən penalti epizodunda Əliyar Ağayev düzgün qərar qəbul etdi. Düzdür, bəzi xırda epizodlar var ki, hakimlər səhvə yol verib. Bunu da inkar etmirəm."

 

Bu sözləri Sportal.az-a açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Məmmədov dünən baş tutan "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasında baş verən qalmaqallarla bağlı fikirlərini söyləyib. Xüsuilə də HK-nın rəhbəri  "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun oyunla bağlı irad bildirdiyi məqamlara cavab verib:

 

"Yəqin ki, oyunun epizodlarına baxmısınız. Rəhim Həsənovun idarəçiliyi yüksək səviyyədə idi. Orada verilən 4 qırmızı vərəqə yerində və düzgün qərar idi. O ki, qaldı "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun meydana yad əşyaların atılması və oyunun dayandırılması ilə bağlı fikirlərinə, əslində meydana yad əşyalar atılıb. Bunu da hakimlər oyunun protokoluna qeyd ediblər. Alışqanlar, plastik su qabları atmaqla oyunu dayandırmırlar."

Xəbər xətti