"Oyunun ədalətli nəticəsi heç-heçə idi" MÜSAHİBƏ

12:44 - 11 Fevral 2014

Akpoveta Oke:"Qərarları referi verir, biz isə bunu qəbul etmək məcburiyyətindəyik"
 
"Rəvan"ın yeni transferi Akpoveta Okenin Sportal.az-a müsahibəsi :
 
- “İnter”lə oyunda qələbəni son anda əldən verdiniz..
- Düzdür, son dəqiqədə penaltidən buraxdığımız qolla məğlub olduq. Hamı məyusdur. Ancaq bu matçı unudub,irəlidəki oyunları düşünmək lazımdır. Növbəti oyuna kimi belə səhvləri düzəltməliyik.
 
- Son dəqiqədə verilən penalti nə dərəcədə düzgün idi?
- Hakimin qərarlarının səhv və ya düzgün olduğunu deyə bilmərəm. Qərarları referi verir, biz isə bunu qəbul etmək məcburiyyətindəyik. Futbolçu hakim qərarlarını dəyişdirmək iqtidarında deyil.
 
- Növbəti rəqibiniz autsayder “Sumqayıt”a qarşı olacaq. 
- Bizim üçün rəqibin fərqi yoxdur. Lazım olan odur ki, xallar toplayaq. Aşağı dəstəyə düşməmək üçün qələbələr qazanmalıyıq.
 
- “Rəvan”da ikinci oyununuzda ilk qolunuzu vurdunuz..
- Qol vurmağım yaxşı oldu. Ancaq istərdim ki, bu qol xal qazanmağımıza da yardım edərdi. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi.
 
- “Rəvan”a keçidiniz necə baş tutdu?
- Danimarkada “Bröndbü”də çıxış edirdim. Yanvarın 6-da müqaviləmi bu klubla qarşılıqlı şəkildə pozmuşdum və özümə klub axtarırdım. Halbuki, Danimarka klubu ilə 2015-ci ilin yayına kimi müqaviləm vardı. Menecerlerim təklif etdi ki, belə bir variant var. Gəldim, danışdıq və razılaşdıq
 
Yusif HÜSEYN

Xəbər xətti