"Hamı "Neftçi"yə qarşı başqa cür oynayır" MÜSAHİBƏ

12:47 - 14 Fevral 2014

Nfor: "İki xalı itirən "Neftçi" oldu"
 
"Neftçi"nin hücumçusu Ernest Nforun Sportal.az-a müsahibəsi:
 
- “Xəzər Lənkəran”la oyunda üç xalı son 5 dəqiqədə əldən verdiniz ...
- Bu futboldur, hər şey ola bilər. Bu oyunda biz yaxşı oynadıq. Hava şəraiti bizi pis vəziyyətə saldı, topu rahat görə bilmirdik. “Xəzər Lənkəran” azarkeşləri önündə “böyük oyun”u uduzmaq istəmirdi. Artıq bu oyunu unudub növbəti oyunlar haqda fikirləşmək lazımdır.
 
- Bu oyunda hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsən ?
- Bu barədə danışmaq istəmirəm, mənim işim çıxıb meydanda futbol oynamaqdır, hakimlər haqqında danışmaq yox.
 
- “Böyük oyun”da iki xalı itirən tərəf kim oldu?
- İki xalı itirən “Neftçi” oldu. Çünki biz daha üstün oynadıq və iki fərqlə hesabda irəlidəydik. Ancaq hesabı qoruya bilmədik.
 
- Uzun müddətdən sonra bu gün 90 dəqiqə meydanda oldun. Bu səninçün çətin olmadı ?
- Yox, mən bura gəlməmişdən qabaq 7 il Avropada forma geyinmişəm və çox oyunlarda 90 dəqiqə mübarizə aparmışam. Burdada əsas heyətdə meydana çıxmağım məşqçilər heyətinin qərarıdır. Mən burada hələ yeniyəm və burada komandama uyğunlaşmağım üçün vaxt lazım idi. Artıq deyə bilərəm ki, komandaya tam adaptasiya olmuşam və indinən sonrakı oyunlarda komandama 90 dəqiqə kömək etmək üçün tam hazıram. 
 
- Bu tur “Bakı” ilə qarşılaşacaqsınız və heyətinizdə yetəri qədər ciddi itkilər var...
- Hazırda “Neftçi” üçün bütün rəqiblər çətindir, çünki hamı “Neftçi”yə qarşı başqa cür oynayır, bozlə oyuna çıxanda 100 faiz oyuna konsantrasiya olurlar. “Bakı” da bizim çün ciddi rəqibdi. Heyətimizdə yetəri sayda cəzalı var, amma düşünürəmki, onları əvəzləyəcək alternativ futbolçularımız da var. Biz bu oyunda yalnız qələbə haqqında düşünürük.
 
Yusif HÜSEYN

Xəbər xətti