"Əhəmiyyətli qollar komandamızın azarkeşlərini çox sevindirdi"
“Bu, bizim turnir cədvəlinin liderlər qrupunda qərarlaşan klublara qarşı ardıcıl üçüncü oyunumuz idi".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ" üzərində qələbədən sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib. Dənizli azarkeşlərini də yaddan çıxartmayıb:
“Ardıcıl 3 ağır oyun keçirdik. Bu görüşlərdə 7 xal qazandıq və sübut etdik ki, çempionatda “Xəzər Lənkəran” da var. Biz həmin görüşlərdə 6 qol vurduq və bu, yaxşı rəqəmdir. Həmin əhəmiyyətli qollar komandamızın azarkeşlərini çox sevindirdi. Onlar bilsinlər ki, nə qədər çox sevinsələr, bizdə özünəinam çox olacaq”.
Apasport.az
saytlarin hazirlanmasi