Qonaqlar ikinci qolu ofsayddan vurub
Dünən "Xəzər Lənkəran" səfərdə "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu oyunda ciddi hakim səhvinə yol verilib. Belə ki ,qonaq komanda ikinci qolu oyundan kənar vəziyyətdə vurub. Aşağıdakı kadrda açıq-aşkar görünür ki, top Sadio Tounkaranın ayağından çıxan an hücumçu Mbilla Etame ofsaydda olub. Bu epizod laysmanın gözündən qaçıb.
Qeyd edək ki, bu səhv oyunun nəticəsinə təsir edib və "Qəbələ"nin məğlubiyyətinə səbəb olub.
saytlarin hazirlanmasi